Monte- Karloda ATP seriyalı turnirdə ikinci mərhələnin oyunları keçirilib.
Yarışın ilk gözlənilməz nəticəsi ispaniyalı Alexandro Davidoviç Fokina və serbiyalı Novak Cokoviçin görüşündə qeydə alınıb. Görüşə yaxşı başlayan Fokina ilk setdə 6:3 hesabı ilə üsütn olub. Gərgin keçən ikinci hissədə Cokoviç rəqibinin müqavimətini tay brekdə qırıb. Həlledici setdə isə Fokina Novakın yalnız bir qeymdə fərqlənməsinə imkan verib. Bununla da dünyanın bir nömrəli raketka ustası mübarizəni erkən dayandırıb.
Yunanıstanlı Stefanos Çiçipas italiyalı Fabio Foniniyə asanlıqla qalib gəlib. İlks etdə 6-3 hesabı ilə qalib gələn yunanıstanlı tennisçi növbəti hissədə rəqibinə heç bir şans verməyib – 6:0. Bu məğlubiyyət nəticəsində Fabio Fonini son 10 illdə ilk dəfə reytinq siyahısında 50 –liyi tərk edib.
İtaliyanın turnirdəki digər təmsilçisi Lorenço Muzetti isə uğurla çıxəş edib. O, fransalı Bebbua Peri mübarizədən kənarlaşdırıb. 6:2|6:7|6:2
Britaniyalı Deniel Evans və fransalı Benjamin Bonzinin görüşü iki set davam edib. Evan hər iki setdıə üsütn olub. 6:0 və 7:6. Mükafat fondu 5 milyon 415 min avro olan yarışa aprelin 17- də yekun vurulacaq.