İngiltərə Premyer Liqasının lideri “Mançester Siti” doğma arenada ən yaxın izləyicisi “Liverpul”u qəbul edib.
Ardıcıl 10 tur qalib gələrək çempionluq mübarizəsini daha da gərginləşdirən və “şəhərlilər”lə xal fərqini 1-ə endirən mersisaydlıların qələbə seriyası başa çatıb. İlk dövrədə olduğu kimi bu dəfə də 2:2 hesablı heç-heçə qeydə alınıb. Artıq 5-ci dəqiqədə Kevin de Brüyne hesabı açaraq yerli azarkeşləri coşdurub. Az sonra tarazlıq bərpa olunub. Dieqo Jota hədəfdən yayınmayıb - 1:1. Amma fasiləyə kimi meydan sahibləri hesabı xeyirlərinə dəyişə biliblər. Qabriel Jesus qapını dəqiq nişan alıb. 2-ci hissə başlayan kimi Sadio Mane fərqlənərək yekun nəticəni müəyyənləşdirib - 2:2. Hazırda 74 xalı olan “Mançester Siti” 1-ci, 73 xalla “Livepul” 2-cidir. Maraqlıdır ki, “Liverpul” növbəti turda Mançester şəhərinin digər təmsilçisi “Yunayted”lə üz-üzə gələcək.