Məşhur fransalı tennisçi Jo Vilfred Tsonqa “Rolan Qarros” turnirindən sonra karyerasını başa vuracaq. 36 yaşlı raketka ustası addımını belə izah edib: “Bu qərarı qəbul edənə qədər çox fikirləşməli oldum. Artıq qərarım qətidir: “Rolan Qarros” turnirindən sonra karyeramı başa vuracağam. Hiss edirəm ki, bundan artıq mübarizə apara bilmirəm. Öz istədiyim vaxt karyeramı bitirmək daha doğru variantdır”. Xatırladaq ki, “Böyük Dəbilqə” turnirlərində maksimum nəticəsi 2008-ci ildə Australian Openin finalına çıxan Tsonqa karyerası ərzində 18 titul qazanıb.
Yeri gəlmişkən, Böyük Dəbilqə seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyams isə “Uimbldon” yarışı ilə yenidən turnirlərə qatılacağını söyləyib. Amerika mətbuatına açıqlamasında 40 yaşlı tennisçi özünü mübarizəyə qoşulmağa hazır hiss etdiyini söyləyib. Xatırladaq ki, Serena 2021-ci ilin iyun ayından yarışlara qatılmır.