Sloveniyada şahmatçıların Avropa çempionatına yekun vurulub.
Sonuncu – 11-ci turda şahmatçılarımızdan Vasif Durarbəyli, Nicat Abbasov, Gövhər Beydullayeva, Riad Səmədov, Toğrul Həsənzadə qələbə qazanıb. Ümumiyyətlə qitə yarışında 15 şahmatçımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 8 xalla 8-ci yeri tutub. Təmsilçilərimizdən 4-ü ilk 20-liyə düşərək dünya kubokuna vəsiqəni təmin edib. Beləcə Vasif Durarbəyli ilə yanaşı, Abdulla Qədimbəyli, Misrəddin İskəndərov və Qədir Hüseynov dünya kuboku turnirində çıxış etmək hüququ qazanıb.