Bu gün Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında sonuncu - 11-ci turun oyunları keçiriləcək.

Ötən turların nəticələrinə görə, şahmatçılarımızdan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov və Vasif Durarbəyli hərəyə 7 xalla 6-25-ci yerləri bölüşürlər. Yarış cədvəlinə 8 xalla almaniyalı Matias Blubaum başçılıq edir. İsveçrə sistemi üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.