Bu gün Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir start götürəcək.
Yarışda ölkəmizi məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov, Riad Aslanov, Məmməd Əhmədov (hamısı 57 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əbülfəz Nəsirov, Murad Haqverdiyev (hər ikisi 65 kq), Sabir Cəfərov, Kənan Heybətov (hər ikisi 70 kq), Namus Orucov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov, Fuad Yunusov (hər ikisi 86 kq) və Abdulcəlil Şabanov (92 kq) təmsil edəcəklər.
Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda mübarizəyə isə 17:30-da start veriləcək.