Mayamidə təşkil olunan Masters seriyalı yarışa yekun vurulub.

Turnirin həlledici görüşündə 18 yaşlı ispaniyalı tennisçi Karlos Alkarasla norveçli raketka ustası Kasper Ruud üz-üzə gəlib. 1 saat 50 dəqiqə davam edən oyunda Alkaras rəqibinin ciddi müqaviməti ilə üzləşib. Amma o, 4 dəfə tay-brekdən istifdə edərək sonda istədiyi nəticəni qazanıb. İlk hissədə 7:5 hesabıyla rəqibini üstələyən Karlos ikinci setdə 6:4 hesabıyla qalib gələrək “Mayami Open” turnirini qazanan ilk ispaniyalı kimi tarixə düşüb. Buna qədər Serxi Burger, Karlos Moyya, David Ferrer və Rafael Nadal bu imkanları qaçırmışdı. Bununla yanaşı, 18 yaşlı ispaniyalı raketka ustası Mayamidəki turniri qazanan ən gənc tennisçi kimi də diqqət mərkəzinə düşüb. Buna qədər rekord 19 yaşında bu turnirin qalibi olan Novak Cokoviçə məxsus idi.