Azərbaycan çempionatının 21-ci turunda “Qəbələ” doğma arenada “Keşlə”ni qəbul edib. Görüşdə hesabı qonaqlar açıblar. 32-ci dəqiqədə Merab Qiqauru fərqlənib. Fasilədən sonra isə Omar Hani tarazlığı bəpa edib 1:1. Qalan vaxtda hesab dəyişməsə də, “Keşlə”nin 2 futbolçusunun qırmızı vərəqə ilə cəzalanması diqqət çəkib. Əvvəlcə Tərlan Quliyev, az sonra isə ehtiyat qapıçı Kamal Bayramov qarşısında qırmızı vərəqə görüb. 4 turdur qalib gələ bilməyən “Qəbələ” 34 xalla turnir cədvəlində 4-cü pillədədir. 20 xala malik “Keşlə” 6-cıdır.
21-ci turun son qarşılaşması – “Neftçi” – “Zirə” oyunu da 1:1 hesabı ilə yekunlaşıb. Hesab açılana kimi hər iki komandanın bir üzvü qırmızı vərəqə ilə cəzalanıb. 61-ci dəqiqədə “Zirə”nin heyətində Coşqun Diniyev meydandan kənarlaşdırılıb. 77-ci dəqiqədə isı Eddi İsrafilov da eyni aqibəti yaşayıb. 89-cu dəqiqədə Ahmed Ayzayanın sayəsində hesabı açan “Zirə” üstünlüyünü qoruya bilməyib. Tiaqo Bezerra “Neftçi”ni məğlubiyyətdən xilas edib - 1:1.Qeyd edək ki, penalti epizodu zamanı ehtiyatda olan “Zirə”nin forvardı Ağabala Ramazanov qırmızı vərəqə ilə cəzalandırılıb. 21 tura 38 xal toplayan “Neftçi” 2-ci, 36 xalla “Zirə” 3-cü yerdədir. Yarışa rəqiblərindən 1 oyun az keçirən “Qarabağ” liderlik edir. Ağdam klubunun aktivində 49 xal var.