Mayamidə ATP seriyalı tennis turnirində yarımfinalçılar müəyyənləşib.

¼ finalın son oyununda ispaniyalı Karlos Alkaras  serbiyalı Miomir Keçmanoviçlə qarşılaşıb. İlk set  Keçmanoviçin 7-6 hesablı üsütnlüyü ilə yekunlaşıb. Lakin ruhan düşməyən 19 yaşlı ispaniyalı tennisçi mübarizədə dönüş yaramağı bacarıb. O, əvvəlvə 6-3 hesablı qələbə sayəsində setlərdə bərabərliyi təmin edib. Həlledici hissə isə daha gərgin keçib. Karlos Alkaras bu dəfə rəqibinin müqavimətini tay brekdə qırıb.  Alkaras yarımfinalda     polşalı Hubert Hurçakla qarşılaşcaq. Mərhələnin digər oyununda noveçli Kasper Rud argentinalı Fransisko Çerundolo ilə üz-üzə gələcək.

Qadın raketka ustalarının turnirində isə həlledici görüşün hər iki iştirakçısı məlumdur. Polşalı İqa Şvyontek amerikalı Cesika Pequlanı mübarizədən kənarlaşdırıb. O, 6-2 və 7-5 hesabı ilə üstün olub.  Beləliklə  aprelin 2-də keçiriləcək final göüşündə  İqa Şvyontek yaponiyalı Naomi Osaka ilə qarşılaşacaq.