Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Cədvələ əsasən ilk 10-luqda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2771 xalla 7-ci pillədən 10-cu sıraya geriləyib. 2753 xalı olan Teymur Rəcəbov isə 1 pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb. Bundan başqa Qədir Hüseynov 4, Rauf Məmmədov isə 3 pillə geriləyib. Onlar müvafiq olaraq, 76-cı və 83-cü sırada yer alıblar. Reytinqin ilk 3-lüyündə dəyişiklik olmayıb. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlki kimi liderdir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.

Qadın şahmatçılarımızdandan Günay Məmmədzadə 1 sıra geriləyərək 26-cı, Gülnar Məmmədova 2 sıra irəliləyərək 62-cü, Xanım Balacayeva isə 6 pillə yüksələrək 71-ci yerdə qərarlaşıb.