Növbəti mövsümdən Formula 1-in təqviminə daha bir yarış əlavə ediləcək.

Sürət həvəskarları Amerika Birləşmiş Ştatlarının məşhur şəhərlərindən olan Las Veqasda pilotların mübarizəsinin şahidi olacaq. Maraqlıdır ki, bu günə qədər 1981 və 1982-ci illərdə bu şəhərdə Qran-pri təşkil edilmişdi. Amma bu dəfə yarışın marşrutunda müəyyən dəyişiklik həyata keçiriləcək. Belə ki, tarixdə ilk dəfə pilotlar Las-Veqada məşhur otellərin və kazinoların yerləşdiyi Las Veqas Strip məntəqəsindən də kekçəcək. Şəhərin trassının uzunluğu 120 kilometrdən ibarətdir. Pilotlar bir dövrə ərzində 14 döngədən keçəcək. Şəhərin küçələrində maksimal sürət isə saatda 342 km sürət olacaq.