Kişi tennisçilərin Mayami masters turnirində yarımfinalçıların adına aydınlıq gəlir. ¼ finalda norveçli Kasper Rud almaniyalı Aleksandr Zverevlə qarşılaşıb. Əvvəlcə Skandinaviya təmsilçisi 6-3 hesabilə üstün olub. İkinci hissədə Zverev ümumi hesabda tarazlığı bərpa edib. 6-1 Qalib sonuncu setdə müəyyənləşib. Burada daha uğurlu çıxış edən Kasper Rud 6-3 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, finalda mübarizə aparmaq üçün argentinalı Fransisko Serundolonu məğlub etməlidir.
WTA seriyalı yarışda isə bütün yarımfinalçılar müəyyənləşib. Çexiyalı Petra Kvitova reytinq polşalı İqa Şvyonteklə üz-üzə gəlib. 1 saat 17 dəqiqə davam edən oyunda polşalı raketka ustası ehtimalları doğruldub. Reytinq sıralamasının 2 nömrəsi hər iki setdə 6-3 hesabilə üstün olub. İqa Şvyontek növbəti mərhələdə amerikalı Cesika Pequla ilə qarşılaşacaq. Yarımfinalın digər görüşündə isveçrəli Belinda Bençiç yaponiyalı Naomi Osaka ilə qarşılaşacaq.