Bakıda martın 31-dən aprelin 3–dək idman gimnastikası üzrə dünya kuboku turniri keçiriləcək. Bu il payxatımızda 4-cü dəfə təşkil olunacaq
Beynəlxalq yarışda idmançılar sərbəst hərəkətlər, dayaqla tullanma, gimnastika tiri və digər növlərdə mübarizə aparacaqlar. Turnirin ilk 2 günü təsnifat, növbəti günlərdə isə final mərhələsi keçiriləcək.
Kişilərin yarışında ölkəmizi Mənsum Səfərov, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Nikita Simovov təmsil edəcək. Onların hər biri mükafatlara iddialıdır.
Qadınların mübarizəsində Samirə Qəhrəmanova və Milana Minakovskaya medallar uğrunda çıxış edəcəklər. Turnirdən öncə gimnastlar podium məşqlərini icra ediblər. Yarışda 34 ölkədən 145 idmançı iştirak edəcək.
Xatırladaq ki, Dünya kuboku turniri İdman Tv –də canlı yayımlanacaq.