Qrosmeysterimiz Şəhriyar Məmmədyarov Berlində təşkil olunan Fide Qran-prisinin yarımfinalında ilk görüşə çıxıb.
Təmsilçimiz amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan təcrübəli şahmatçımız 30-cu gedişdə sülhə razılaşıb. Bu gün qrosmeysterlər cavab görüşündə üz-üzə gələcək. Bu partiyada da qalib müəyyənləşməsə tay-breyk olacaq. Qeyd edək ki, FİDE Qran-prisi aprelin 4-dək davam edəcək.