Dünya çempionatının seçmə mərhələsində Avropa Zonası üzrə daha 2 qarşılaşma keçirilib.

Portuqaliya futbolçuları İtaliyanı mübarizədən kənarlaşdıran Şimali Makedoniya kollektivi ilə üz-üzə gəlib. Aşkar favorit hesab olunan pireneylilər qarşılaşmaya gözlənildiyi kimi sürətli hücumlarla başlayıb. 32-ci dəqiqədə Bruno Fernandeş hesabı açıb. Qoldan sonra təşəbbüsü əldən verməyən meydan sahibləri fasilədən sonra daha bir qol vuraraq fərqi artırıb. Bu dəfə də “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş fərqlənərək dubl müəllifi olub. Qalan vaxt ərzində qələbə hesabını qoruyan portuqaliyalılar dünya çempionatına vəsiqə qazanıblar: Portuqaliya – Şimali Makedoniya 2:0.

Daha bir görüş isə Polşa və İsveç milli komandaları arasında keçirilib. İlk hissədə tərəflər bir-birinin müqavimətini qırmağa çalışsa da hesab açılmayıb. Fasilədən sonra, 50-ci dəqiqədə Robert Levandovski təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək yerli azarkeşləri coşdurub. Çox keçmədən fərq artıb. Piotr Zelinski yekun nəticəni müəyyənləşdirib: Polşa – İsveç 2:0. Bununla da, İsveç yığması da Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.