21 yaşadək futbolçulardan ibarət milli komandamız “Bakcell Arena”da Belarus kollektivi ilə üz-üzə gəlib.
İlk hissədə üstün oyunu ilə seçilən Belarus yığması 22-ci dəqiqədə istəyinə nail olub. İlya Vasilyeviç hesabı açıb. Çox keçmədən Belarus futbolçuları ikinci topu komandamızın qapısından keçirib. Oleq Nikiforenkonun zərbəsi qarşısıalınmaz olub. Fasilədən sonra fərq azalıb. 85-ci dəqiqədə Rüfət Abdullazadə dəqiq oynayıb. Lakin komandamızın bundan artığına gücü çatmayıb. Əvəzində 4 dəqiqə sonra Dimitri Latikov mübarizəyə nöqtə qoyub. Azərbaycan - Belarus 1:3.