Milli komandamız yoldaşlıq oyununda Latviya seçməsi ilə üz-üzə gəlib. Maltada keçirilən qarşılaşmaya futbolçularımız yaxşı başlayıblar. Bu epizodda Qara Qarayev hesabı açmağa yaxın olsa da, onun zərbəsindən sonra top qapı tirinə tuş gəlib. Yarımsaatın tamamında Qara Qarayev yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə rəqibə qarşı kobudluğa görə, o qırmızı vərəqə ilə cəzalandırılıb. Sayca azlıqda qalmalarına baxmayaraq, 1-ci hissənin qalan vaxtında ən təhlükəli epiozod Latviya millisinin qapısı qarşısında olub. Latviyalı futbolçu topu uzaqlaşdırmağa çalışarkən az qala avtoqol müəllifi olacaqdı. Beləliklə ilk hissədə hesab açılmayıb. Fasilədən sonra Latviya millisi təşəbbüsə yiyələnməyə başlayıb. Latviya futbolçuları oyunun sonunda istəklərinə çatıblar. Vladislav Qutkovskis topu qapıdan keçirib. Oyunun sonunda futbolçularımız hesabı bərabərləşdirməyə yaxın olsalar da, rəqib qapıçı inamlı oynayıb. Beləliklə, ilk görüşdə Malta millisinə minimal hesabla uduzan komandamız bu dəfə eyni hesabla Latviya komandasına məğlub olub.