Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Qitə birinciliyində əvvəlcə 5 çəki dərəcəsində çıxış edən sərbəst güləşçilərimiz mübarizəyə başlayıb. Ağır çəkidə yarışan Məhəmmədxan Məhəmmədov ölkəmizə ilk qızıl medalı qazandırıb. Finaladək Litva və Gürcüstan güləşçiləri ilə görüşdə qalib gələn Maqomedxan, həlledici mərhələdə yerli idmançı ilə üz-üzə gəlib. Rəqibindən daha üstün güləşən Maqomedov 11:5 hesabı ilə qalib gələrək Avropa Çempionu olub.
57 kiloqramda Avropa çempionatına debüt edən Əliabbas Rzazadə təsnifat mərhələsindən yarışa qoşulub. Həlledici qarşılaşmaya qədər bütün rəqiblərinə heç bir şans verməyən Rzazadə finalda şimali makedoniyalı idmançı ilə bacarmayıb. Pəhləvanımız turniri gümüş medalla başa vurub.
Avropa Çempionatının favoritlərindən hesab olunan Hacı Əliyev də xalça üzərində əzmkarlıq göstərib. Finaladək 2 görüşdə türkiyəli və moldovalı güləşçini mübarizədən kənarlaşdıran Hacı, həlledici qarşılaşmada yerli idmançıya məğlub olaraq, gümüş medalla kifayətlənib.
Daha bir gümüş medalı isə Əşrəf Aşırov qazanıb. Bolqarıstan, Ermənistan və Gürcüstan idmançılarına qalib gələn Aşırovqızıl medal uğrunda dueldə yunanıstanlı rəqibinə uduzub.
Gənclərin Avropa Çempionatının qalibi Zirəddin Bayramov isə bu dəfə güləşsevərləri məyus edib. Bürünc medal uğrunda görüşdə zədələnən Bayramov, məğlub olaraq, mübarizəni dayandırıb.
Bu gün daha 3 güləşçimiz medal qazana bilər. Belə ki, Turan Bayramov və Osman Nurməhəmmədov bürünc, Abubakr Abakarov isə qızıl medal uğrunda xalça üzərinə çıxacaq.