Budapeştdə Avropa çempionatı başlanıb. İlk yarış günündə 5 çəki dərəcəsində görüşlər keçirililb. 5 güləşçimizdən 4-ü finala yüksəlib.

57 kq-da Əliabbas Rzazadə  İspaniya, Bolqarıstan və Gürcüstan idmançısına qalib gələrək finala yükəslib. Avropa çempionatında debüt edəb güləşçimiz həlledici qarşılaşmada Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq.  

Yarışın reytinq favoriti Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. 65 kq-da yarışan Millimizin lideri türkiyə və moldovalı rəqiblərini məğlub edərək finala yüksəlib. O, qızıl medal uğrunda yerli idmançı ilə güləşəcək.

79 kq-da Əşrəf Aşırov da rəqiblərini bir- bir mübarizədən kənarlaşdıraraq finala adlayıb. O, Yunanıstan pəhləvanı ilə Avropa çempionluğu uğrunda yarışacaq.

97 kq-da Maqomedxan Maqomedov finala yüksəlib. Güləşçimiz  Litva, Gürcüstan və Polşa idmançısına qalib gəlib. Həleedici qarşılaşmada pəhləvanımız Macarıstan təmsilçisi ilə üz-üzə gələcək.  

70 kq-da Zirəddin Bayramov isə yarımfinalda uduzub. O, bürünc medal uğrunda güləşəcək. Beləliklə ilk yarış günündə mübarizəyə qoşulan 5 idmançımızdan 4-ü qızıl, 1-is isə bürünc medal uğrunda yarışacaq. Qeyd edək ki, final görüşləri bu gün saat 20-də başlanır.