Çexiyada şahmatçıların Avropa çempionatı başlanıb. Azərbaycan qitə turnirində 15 idmançı ilə təmsil olunur.
Şahmatçılarımızdan 10-u startda qalib gəlib. Qədir Hüseynov, Nicat Abbasov, Vasif Durarbəyli, Eltac Səfərli, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli və Murad İbrahimli ilk görüşdə qələbə qazanıb. Riyad Səmədov və Toğrul Həsənzadə isə 1-ci turda heç-heçə edib. 312 şahmatçının mübarizə apardığı Avropa çempionatı aprelin 7-dək davam edəcək. Qitə yarışında ilk 20-liyə düşən şahmatçıların dünya kubokuna vəsiqə qazanacaq.