Kişi tennisçilərin İndian Uells turnirində 1/8 final final mərhələsinə yekun vurulur. Dünya tennisinin 4 nömrəsi Rafael Nadal amerikalı Rayli Opelka ilə üz-üzə gəlib. İlk dəqiqələrdən bərabər mübarizə şəraitində keçən görüşün hər 2 setində tay-breyk oynanılıb. İspaniyalı tennisçi əbəs yerə favorit olmadığını göstərib. 2-0 hesabilə qalib gələn Rafael Nadal bu mövsüm ardıcıl 18-ci qələbəsini qazanıb. Nadal ¼ finalda astraliyalı Nik Kirqiosla qarşılaşacaq.

Mərhələnin digər oyunu italiyalı Matteo Berrettini və serbiyalı Miomir Ketsmanoviç arasında keçirilib. İlk hissə serbiyalı raketka ustasının 6-3 hesablı üstünlüyü ilə başa çatıb. Mateo Berrettini ikinci hissədə  ümumi hesabı bərabərlişdərsə də 3-cü setdə məğlub olmaqla mübarizəni dayandırıb. Ketsmanoviçin növbəti mərhələdəki rəqibi amerikalı Taylor Fritz olacaq.