Lüksemburq millisinin futbolçusu Enes Mahmutoviç karyerasını Azərbaycanda davam etdirə bilər. 

“Lvov”un müdafiəçisi “Sabah” klubundan təklif alıb. Baş məşqçi Murad Musayevin müdafiənin mərkəzi üçün maraq dairəsinə düşənlərdən biri də Mahmutoviçdir. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlikdən yararlanmaq istəyən “Sabah” rəhbərliyi 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Ucaboy müdafiəçinin Ukrayna klubu ilə müqavilə müddətinin mövsümün sonuna qədər olması bakılıları daha da ümidləndirir. “Sabah” lüksemburqlu futbolçu ilə maliyyə məsələlərində ortaq məxrəcə gələ bilsə, yayda onu azad agent kimi heyətinə qatacaq. Qeyd edək ki, Enes Mahmutoviç “Lvov”a 2020-ci ildə “Midlsbro”dan keçib.