Almaniyanın məşhur Hokkenhaym avtodromu Formula 1 təqvimindən çıxarılan Rusiya Qran-prisini əvəzləyə bilər.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Sabiq pilot Kristian Danner də açıqlamasında ölkəsinin belə bir təşəbbüs göstərməyə hazır olduğunu söyləyib. Amma indiki məqamda almanlar başqa bir problemlə də üzləşə bilər. Belə ki, avtodromun sahibi olan Rusiya şirkətinin sanksiyaya məruz qalması danışıqlara mənfi təsir göstərəcək.