Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton soyadını dəyişmək istəyir.
“Mersedes” pilotu mətbuata açıqlamasında anasının soyadını daşımaq qərarına gəldiyini bildirib: “Ailəm üçün 8-ci titulumu qazanmaq çox vacibdir. Mən həqiqətən də Hemilton soyadını daşıdığıma görə fəxr edirəm. Amma bəlkə də sizin heç biriniz anamın soyadının Larbalestye olduğunu bilmirsiniz. Mən artıq bu soyaddan istifadə etmək istəyirəm. Bir şeyi anlamıram ki, qadın ailə həyatı qurarkən nə üçün öz soyadını itirməlidir? Anamın soyadının da Hemilton kimi tarixə düşməsini istəyirəm. Yaxın günlərdə bu prosesə yekun vurulacaq”.