Bəhreyndə Formula 1 komandaları arasında test yarışları start götürüb. İlk günün ilk sınaq yarışında 9 pilot mübarizəyə qoşulub.  “Ferrari”dən olan Şarl Lekker 59 dövrəni  1 saat 34 dəqiqəyə qət edərək rəqiblərini qabaqlayıb. Ondan 0,5 saniyə geridə qalan “Uilyams” pilotu Aleksandr Albon 2-ci olub.  “Aston Martin” sürücüsü Sebastyan Fettel isə finiş xəttini 3-cü keçib. Son dünya çempionu Maks Ferstappenin iştirak etmədiyi yarışda 7 qat dünya çempionu Lüis Hemilton 5-ci yerə sahib çıxıb.

Günün həlledici mərhələsində isə 15 pilot mübarizə aparıb. “Alfa Tauri”ni təmsil edən Pyer Qasli 1 saat 33 dəqiqəlik göstərici ilə rəqiblərini qabaqlayıb. “Ferrari” pilotları Karlos Saynsla Şarl Lekler müvafiq olaraq 2-ci-3-cü pillələri tutub. Yeri gəlmişkən, bu yarışda da “Red Bull” sürücüsü  Maks Ferstappen iştirak etməyib. “Mersedes” pilotu  Lüis Hemilton isə mübarizəni 11-ci sırada başa vurub.