Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub. 55 kq-da mübarizə aparan Elnurə Məmmədova finalda rumıniya idmançısı ilə üz-üzə gəlib. Həlledici mərhələdə məğlub olan Məmmədova gümüş medal qazanıb. 68 kq-da yarışan Nigar Mirzəzadə isə 3-cü yer uğrunda ispaniyalı rəqibinə qalib gələrək bürünc medalla kifayətlənib. Digər qadın güləşçimiz, 62 kq çəkidə güləşən Jalə Əliyeva yarımfinalda polşalı rəqibinə qalib gələrək, finala adlayıb. O, həlledici mərhələdə serbiyalı Anna Fabian ilə üz-üzə gələcək.