Nikita Mazepinlə yollarını ayıran “Haas” komandası pilot axtarışındadır. Danimarka mətbuatının məlumatına görə, Amerika komandası Kevin Maqnussenin xidmətində maraqlıdır. Buna səbəb  Maqnussenin digər namizədlərlə müqayisədə daha təcrübəli olmasıdır. “Haas” Niko Hyulkenberq və Antonio Coviantsi ilə də maraqlandığına dair xəbırlər var

Formula 1 təqvimindən çıxarılan Soçi Qran-prisini də hansı yarışın əvəzləyəcəyi hələ məlum deyil. Buna baxmayaraq İspaniyanın Xeres şəhərində yerləşən avtodrom qapılarını Formula 1 pilotlarının üzünə açmağa hazırdır.  Andalusiya regionunun vitse-prezidenti Xuan Marin mətbuata açıqlamasında bu variantın mümkünlüyündən danışıb.  O, hətta Formula 1 rəhbərliyi ilə görüşdüklərini və onlara belə bir sözün verildiyini də söyləyib.