Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Yunan-Roma güləşçilərimiz yarışın 2-ci günündə 4 medal qazanıblar. 77 kqda Xasay Həsənli finalda gürcüstan idmançısına tam üstünlüklə qalib gələrək, qitə çempionu olub.
63 kqda Ziya Babaşov da final görüşünə çıxıb. O, da komanda yoldaşı kimi gürcüstan təmsilçisi ilə üz-üzə gəlib. Rəqibinə uduzan Ziya Babaşov gümüş medalla kifayətlənib.
87 kqda Laçın Vəliyev Avropa çempionatının bürünc müdalını qazanıb. O, 3-cülük uğrunda qarşılaşmada Ermənistan idmançına qalib gəlib.
Ən ağır çəkidə isə Sərxan Məmmədov fəxri kürsüyə qalxıb. Yunanıstanlı rəqibini məğlub edən pəhləvanımız bürünc medal əldə edib. Bununla da, komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanıb.