İsveçrədə xizək üzrə dünya kubokunun mərhələ yarışı keçirilib. Azarkeşlər kişilər və qadınlar arasında sprint mübarizəsinin şahidi olub. Kişilərin finalın fransalı Rişar Juve  2 dəqiqə 32 saniyəlik göstərici ilə finiş xəttini birinci keçib. Ondan 1,6 saniyə geridə qalan çinli Van Tsyan 2-ci yeri tutub.  Fransanın digər təmsilçisi Luka Şanava isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Qadınların yarışında isə norveçli Mayken Kaspersen Falla uğur qazanıb.  O, final mərhələsində həlledici məsafəni 2 dəqiqə 52 saniyəyə qət edib. Ondan 0,53 saniyə geridə qalan isveçli Yonna Sundlinq 2-ci, sloveniyalı Anamariya Lampiç 3-cü yeri tutub.  Növbəti yarış martın 5-i və 6-da Norveçin paytaxtı Osloda keçiriləcək.