“Red Bull” aparıcı pilotu Maks Ferstappenlə müqavilə müddətini yeniləyib. Niderlandlı hazırki dünya çempionu 2028-ci ilə qədər Avstriya komandasının heyətində çıxış edəcək. Xatırladaq ki, bundan əvvəlki müqavilənin müddəti 2023-cü ildə başa çatacaqdı. Yeni sözləşmənin şərtlərinə gəlincə, Ferstappen 2026-ı ilə qədər hər mövsümə 40 milyon avro qazanacaq.  Tərəflər növbəti müqavilə ilə bağlı razılıq əldə edəcəyi halda, Maksın məvacibi  50 milyon avroya qədər yüksələcək.

Ferstappendən fərqli “Haas”ın sürücüsü Nikita Mazepin işsiz qalıb. Amerika Birləşmiş Ştatlarını təmsil edən komandanın rəhbərliyi rusiyalı pilotla müqaviləyə xitam verib.  Onu martın 20-də start götürəcək yeni mövsümdə kimin əvəzləyəcəyi haqda konkret  heç bir məlumat yoxdur. Almaniya mətbuatının məlumatına görə, Mazepindən sonra bu komandanın sükanı arxasına Antonio Covinatsi keçəcək. Amma Bəhreyndəki test yarışlarında “Haas” bolidinin sükanı arxasına Pyetro Fittipaldinin əyləşəcəyi dəqiqdir.