WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri karyerasını bitirməyə hazırlaşır.  Britaniyalı 33 yaşlı idmançı mətbuata açıqlamasında artıq döyüşmək istəmədiyini söyləyib: “Dillian Uaytla döyüş karyeramın son qarşılaşması olacaq. Məhz bu görüşdən sonra təqaüdə çxıacağam. Bank hesabımda 150 milyon dollar var. Özümü də sağlam hiss edirəm. Həm də gəncəm. Artıq ölkə kənarından yaxta almağı planlaşdırıram. Bəli, bu mənim qəti qərarımdır”.

Xatırladaq ki, Füri Uaytla aprelin 23-də Londonun məşhur “Uembli” stadionunda üz-üzə gələcək. Füri ötən il oktyabrda keçirilən çempionluq kəməri uğrunda döyüşdə Deontey Uaylderi  11-ci raunnda nokautla məğlub etmişdi. Bir müddət əvvəl mətbuat Fürinin Entoni Coşuayla döyüşə biləcəyi haqda xəbərləri müzakirə edirdi. Elə Füri özü də bunda maraqlı idi. Görünən odur ki, Coşuanın Aleksandr Usiklə revanş görüş haqda düşünməsi  Fürini fikrindən daşınmağa məcbur edib.