Bu gün Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Bakıda daha bir beynəlxalq yarış başlanıb.
Ölkəmiz ilk dəfə təşkil olunan Dünya yaş qrupları üzrə akrobatika gimnastikası turnirinə ev sahibliyi edir. Artıq yarışın açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Yussef Al-Tabbaya söz verilib. Onlar gimnastlara uğurlar arzulayaraq mötəbər turnirin yüksək səviyyədə təşkilindən məmnunluq hissini ifadə ediblər. Qeyd edək ki, yarışda 26 ölkədən 466 atlet məharətini göstərir. İdmançılar oğlan və qızlar, qarışıq cütlüklər, eləcə də qrup proqramında yarışırlar. Ölkəmiz müxtəlif proqramlarda 12 gimnastla təmsil olunur. Turnir İdman TV-də canlı yayımlanır.