Serbiyalı raketka ustası Novak Cokoviç uzun müddət onunla əməkdaşlıq edən məşqçisi Mariana Vayda ilə yollarını ayırıb. Əslində, serbiyalı raketka ustasının belə qərar qəbul edəcəyi gözlənilirdi. Vayda yanvar ayında Novakla Avstraliyaya da yollanmamışdı. Amma o, Cokoviçin “Australian Open”dən kənarlaşdırılmasına etiraz etmişdi. Qarşıdakı yarışlarda serbiyalı tennisçini xorvatiyalı sabiq raketka ustası Qoran İvanişeviç çalışdıracaq. Yeri gəlmişkən, Fransanın nüfuzlu avtomobil şirkəti “Pejo” Novak Cokoviçlə sponsorluq müqaviləsinə xitam verib. Qurum bunu Cokoviçin vaksinasiya prosesindən keçməməsi ilə əlaqələndirib. Xatırladaq ki, 2014-cü ildən Novakla əməkdaşlıq edən Fransa şirkəti bu müddət ərzində onun üçün ən çox xərc çəkən sponsor idi.