Beynəlxalq Tennis Federasiyası Rusiya və Belarusu beynəlxalq yarışlardan kənarlaşdırıb.  Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Amma digər beynəlxalq federasiyalardan fərqli bu idman növündə mübarizə aparanlara yalnız müəyyən mənada məhdudiyyət qoyulub. Yəni, qarşıdakı turnirlərdə Rusiya və Belarus milliləri komanda yarışlarında iştirak edə bilməyəcək. Amma bu ölkələrin idmançıları neytral idmançı statusunda korta çıxa biləcəkLƏR. Halbuki, rusiyalı tennisçilərin fərdi olaraq  da böyük turnirlərdən kənarlaşdırılacağı gözlənilirdi. Bu baş versəydi, bazar ertəsi Novak Cokoviçi zirvədən salan rusiyalı tennisi Daniil Medvedev ATP reytinqində liderliyindən məhrum olacaqdı.