Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti beynəlxalq yarış keçiriləcək. Ölkəmizdə ilk dəfə təşkil olunacaq Dünya yaş qrupları üzrə akrobatika gimnastikası turnirində 26 ölkədən 466 atletin iştirakı gözlənilir. İdmançılar oğlan və qızlar, qarışıq cütlüklər, eləcə də qrup proqramında çıxış edəcəklər.

Ölkəmizi yarışda müstəlif proqramlarda 12 gimnastımız təmsil edəcək. 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət oğlanların qoşa qrupu, Nəzrin Qasımova və Xanım Məmmədzadə isə anoloji proqramda bacarıqlarını nümaiş etdirəcəklər. Qarışıq proqramda Milana Əliyeva və Nizam Xamidulin mübarizə aparacaq. Qızların qrupunda isə Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva çıxış edəcəklər. 

13- 19 yaş kateqoriyasında ölkəmiz qızların qrup komandası ilə təmsil olunacaq. Bu proqramda   Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə  mükafatlar uğrunda yarışacaq.

Xatırladaq ki, Ötən il Cenevredə təşkil olunan  yarışda komandamız bürünc medal qazanmışdı Qeyd edək ki, Martın 3-dən 6-dək keçiriləcək Dünya yaş qruöu turniri İdman TV-də canlı yayımlanacaq.