Beynəlxalq Şahmat Federasiyasının yeni reytinq cədvəlinin ilk 10-luğunda ölkəmizi layiqincə təmsil edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 7-ci olub. Şahmatçımızın aktivində 2776 xalı var.Teymur Rəcəbovun mövqeyində isə dəyişiklik olmayıb. O, 2 753 xalla 14-cü sıradadır. Qədir Hüseynov 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 sıra önə keçərək 80-ci olub.

Qadın şahmatçılardan Günay Məmmədzadə 25-ci, Gülnar Məmmədova 64-cü, Xanım Balacayeva isə 77-ci sırada qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlki kimi siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, çinli Dinq Liren 2799 xalla 3-cüdür.