Barselonada Formula 1 komandaları arasında test yarışı keçirilir. Yarışın 2-ci gününün səhər yürüşündə 10 pilot iştirak edib. 59 dövrəni 1 saat 20 dəqiqəyə qət edən “Maklaren” pilotu Daniel Rikkardo rəqiblərini qabaqlayıb. “Ferrari”dən Karlos Sayns ikinci, “Alfa Tauri”dən Pyer Qasli 3-cü ən yaxşı nəticəni göstərib.
Günün həlledici yarışı da maraqlı mübarizə şəraitində keçib. 16 pilotun qatıldığı mübarizədə “Ferrari” pilotu Şarl Lekler uğurlu çıxışı ilə yadda qalıb. O, 79 dövrəni 1 saat 19 dəqiqəyə qət edib. “Alfa Tauri” pilotu Pyer Qasli 2-ci, “Maklaren” sürücüsü Daniel Rikkardo 3-cü yeri tutub. Maraqlıdır ki, Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemiıton bu dəfə imkanlarından aşağı səviyyədə çıxış edərək yarışı sonuncu pillədə tamamlayıb. Son dünya çempionu Maks Ferstappen isə bu dəfə mübarizəyə qatılmaylb.