İngiltərə Premyer Liqasında təxirə salınmış 3 qarşılaşma keçirilib. “Liverpul” “Lids”i meydana çıxmağa peşman edib. 1-ci hissədə “qırmızılar”ın heyətində Məhəmməd Salah penaltidən dubı edib. Digər qolu isə misirli futbolçunun ötürməsindən sonra Joel Matip vurub. Fasilədən sonra Sadio Mane də dubl edib. Nəhayət 2-ci hissəyə artırılmış 3-cü dəqiqədə Vörcil Van Dayk da fərqlənərək son nöqtəni qoyub - Liverpul - Lids 6:0

Bir müddət əvvəl lider “Mançester Siti”ni məğlub edən “Tottenhem” səfərdə “Börnli”yə uduzub, matçın taleyini 71-ci dəqiqədə Ben Minin vurduğu qol həll edib. Beləliklə London klubu son 5 matçda 4-cü dəfə məğlubiyyətə düçar olub. 

“Uotford” – “Kristal Pelas” görüşündə isə qonaqlar uğur qazanıb. İlk hissədə Jan Filip Mateta və Konor Qallaherin dəqiq zərbələrinə meydan sahiblərindən Mussa Sissoko cavab verib. Lakin “Uotford” bundan artığına nail oıa bilməyib. Fasilədən sonra Vilfred Zaha dubl müəllifi olaraq “Kristal Pelas”ın 4;1 hesablı qələbəsini təmin edjb. Hazırda “Mançester Siti” 63 xalla zirvədədir. Fərqi azaldan “Liverpul” rəqibindan 3 xal geri qalır. İlk “3-lüy”ü 50 xalla “Çelsi” tamamlayır.