Fevralın 26-da Polşanın paytaxtı Varşavada cüdo üzrə Açıq Avropa turniri başlayacaq.
2 gün davam yarışda ölkəmizi böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət yığma təmsil ecək. Ümumilkdə 13 cüdoçumuz mükafatlar uğrunda mübarizə aparacaq. 60 kqda çəki dərəcəsində Əhməd Yusifov, Rövşən Əliyev və Nazir Talıbov , 66 kqda isə İbrahim Əliyev, İsmayıl İbrahimov və Tofiq Əliyev çıxış edəcək. Nəriman Mirzəyev və Zaməddin Poladov 73 kq çəkidə yarışacaq. 90 kqda çəki dərəcəsində Vüqar Talıbov və Coşqun Abdullayev qüvvəsini sınayacaq. Ən ağır çəkili cüdoçuların müarizəsində İmran Yusifov və Camal Feyziyev etimadı doğrultmağa çalışacaq. Qeyd edək ki, Açıq Avropa turnirinə 34 ölkədən 500-ə yaxın idmançı qatılacaq. Bu arada Azərbaycan cüdo federasiyası yeni loqosunu təqdim edib. Loqoda “Ey” və “Cey” hərfləri əks etdirilib ki, bu da “Azerbaijan Judo” deməkdir. Bundan başqa cüdoda ən vacib fəndlərdən “tai-otoshi” də loqoda unikal şəkildə vizuallaşdırılıb.