Yeni mövsümdən əvvəl Formula 1 komdalara bolidlərini ictimaiyyətə təqdim edir. Artıq daha 3 komanda yarış avtomobillərini sürət həvəskarlarının qarşısına çıxarıb. Fransanı təmsil edən “Alpin” komandası A522 adını daşıyacaq bolidini nümayiş etdirib. Yeni boliddə diqqət çəkən özəlliklərdən biri onun çəhrayı rəngə boyanmasıdır. Amma “Alpin” yalnız Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərində bu rənglərdən istifadə edəcək. Daha sonra Fransa təmsilçisi ənənəvi göy rəngli bölidlə mübarizə aparacaq. Ötən mövsüm olduğu kimi, bu il də “Alpin” bolidlərinin sükanı arxasında Fernando Alonso ilə Esteban Okon əyləşəcək.
Yeri gəlmişkən, Formula 1 komandalarından yalnız “Alfa Romeo” hələ də yeni bolidini ictimaiyyətin qarşısına çıxarmayıb. Komandanın fevralın 27-də bunu həyata keçirəcəyi gözlənilir. Bəzi komandalar isə yarış avtomobillərinin görüntülərini nümayiş etdirdikdən sonra onları trassa çıxarmağa da vaxt tapır. Artıq “Maklaren”lə “Haas” komandası bu planı həyata keçirib. Reqlamentə əsasən test yarışlarına qədər komandalar yarış maşınlarını 100 kilometrdən artıq hərəkət etdirə bilməz.