Güləşçilərimiz Bolqarıstanda keçirilən xatirə turnirini 9 medalla başa vurublar. Sərbəst güləş komandamızdan Cəbrayıl Hacıyev, Abubakr Abakarov və Məhəmmədxan Məhəmmədov qızıl, Turan Bayramov gümüş, Əliabbas Rzazadə, Orxan Abasov, Osman Nurməhəmmədov və Rahid Həmidli bürünc medal qazanıb. Abubakar Abakarov həm də turnirin ən yaxşı güləşçisi mükafatına da sahib çıxıb.

Bundan başqa, qadın güləşçilərindən Elis Manolova  bürünc medal əldə edib.

Qeyd edək ki, millimiz fevralın 24-də İstanbulda başlayacaq ilin ilk reytinq turnirində də yarışacaq.