Avropa Liqasında pley-off mərhələsinə start verilib. Maraqla gözlənilən qarşılaşma “Barselona” və “Napoli” komandaları arasında keçirilib. Oyunda hesabı İtaliya təmsilçiləri açıblar. Pyotr Zelinski fərqlənib. 59-cu dəqiqədə “Napoli”nin qapısına penalti təyin olunub. Ferran Torres hədəfdən yayınmayıb. Matç 1-1 hesabilə başa çatıb.

Digər İspaniya klubu Sevilya doğma arenada Dinamo Zaqrebə qalib gəlib. Əvvəlcə İvan Rakitiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 41-ci dəqiqədə Mislav Orşiç tarazlığı bərpa edib. Çox keçmədən Əndəlüs təmsilçisi yenidən hesabda önə keçib. Lukas Okampos baxımlı qolla yadda qalıb. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Antoni Marsiyal fərqlənməklə yekun nəticəni müəyyənləşdirib:  Sevilya – Dinamo Zaqreb 3-1. Qeyd edək ki, 57-ci dəqiqədə Mahir Emreli yeni klubunda debüt matçına çıxıb. Həmyerlimz fəallığı ilə seçilsə də, fərqlənə bilməyhib.

İspaniyanın digər komandalarına gəldikdə “Betis” Rusiyada “Zenit”dən üstün olub 3:2. 18 dəqiqə ərzində Quido Rodriqez və Villian Joze qonaqları hesabda önə keçirib. Amma 10 dəqiqəyə Artyom Dzyuba və Malkom tarazlığı bərpa edib. Fasilə ərəfəsində isə Andres Quardado “Betis”in qələbə qolunu vurub.

“Real Sosyedad” isə səfərdə “Leypsiq”lə 2:2 hesablı heç-heçə edib. San Sebastian klubunun heyətində Robin le Normand və Mikel Oyarzabal fərqlənib.Meydan sahiblərində isə Kristofer Nkunku və Emil Forsberq qol vurublar.