Koronavirus testinin nəticəsi ilə bağlı saxta sənədlər hazırladığına görə “Australian Open” tennis turnirində iştirakdan məhrum edilən Novak Cokoviç nəhayət ki, susqunluğunu pozub.

ATP reytinqinin lideri mətbuat qarşısına çıxaraq bir sıra məsələyə aydınlıq gətirib. Cokoviç özünü belə müdafiə edib: “Öz prinsiplərimə görə qazandığım bütün “Böyük Dəbilqə”ləri və titulları qurban verməyə hazıram.  Vaksinasiyaya qarşı deyiləm. Amma müəyyən mənada idmançılar da nəzərə alınmalıdır.  Hələ uzun müddət oynamağa hazıram. Gələcəkdə koronavirus əleyhinə peyvənd oluna bilərəm. Çünki bu pandemiyanın sonuna çıxmaqda maraqlı olan şəxslərdənəm. Dekabr ayında koronavirusa yoluxmuşdum. Lakin bəzi insanlar haqqımda yanlış fikirlər formalaşdırdı, hətta məni təhqir edənlər də tapıldı. Xəstəliyə ciddi yanaşıram və testin nəticələri ilə saxtakarlıq etmək fikrində olmamışam” – SİTATIN SONU

Qeyd edək ki, “Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibinin ayın sonunda Dubayda keçiriləcək yarışda iştirak edə bilər. Novakın əsas hədəfi mövsümün sayca ikinci “Böyük Dəbilqə” turniri - “Rolan Qarros”a yüksək səviyyədə hazırlaşmaqdır.