Fiqurlu konkisürənimiz Yekaterina Ryabova bu gün Pekin Qış Olimpiadasında çıxış edəcək.

O, final mərhələsində bacarığını göstərəcək. Qeyd edək ki, Ryabova qısa proqramda 61,82 xalla 16-cı yerdən həlledici mərhələyə vəsiqə qazanmışdı. Final Bakı vaxtilə 14-də start götürəcək. İdmançımız buz üzərinə 10-cu çıxacaq.