Fevralın 14-də Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov “Pekin-2022” Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.

 “Pekin-2022”də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şərait barədə nazirə məlumat verib.

Fevralın 15-də mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maraqlanan F.Qayıbov ona uğurlar arzulayıb.