Məşhur argentinalı tennisçi Xuan Martin Del Potro karyerasını başa vurub.
2009-cu ildə US Open turnirinin qalibi olan 33 yaşlı tennisçi Buenos-Ayresdə keçirilən turnirin ilk mərhələsində həmyerlisi Federiko Delbonisə məğlubiyyətdən sonra belə bir qərar qəbul edib.Görüşdən sonra mətbuat qarşısına çıxan məşhur tennisçi addımını belə izah edib: “Artıq hər şeyə nöqtə qoymaq qətarına gəlmişəm. Bundan sonra vaxtımı dizimdəki problemləri müalicə etməyə ayırmalıyam. Məhz belə etməklə həyatımın növbəti mərhələsində rahat yaşaya bilərəm. Bu gün karyeramda sonuncu oyunumu keçirdim. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Tennisi xoşbəxt şəkildə tərk edirəm”.
Xatırladaq ki, ATP reytinqininin sabiq 3 nömrəli tennisçisi 2019-cu ildən bəri korta çıxmırdı. Dizindəki zədəyə görə argentinalı son iki ildə 4 dəfə cərrahiyə əməliyyatı olunmasına razılıq vermişdi.