Fevralın 8-də Bakı İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib.
İlk yarış günündə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fəraim Mustafayev (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Urfan Həsənli (72 kq), Xasay Həsənli (77 kq) və Rauf Əliyev (82 kq) ölkə çempionu adını qazanıblar.
Fevralın 9-da klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adlarına aydınlıq gələcək. Yarışın sonuncu günündə - fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.