Yeni mövsümdə Formula 1 komandalarının çempionatda iştirakına görəyə ödəyəcəkləri üzvlük haqqlarının həcmi məlum olub.

Bu mənada “Mersedes” digər komandalardan daha çox pul ödəməyə məcbur olacaq. Mühəndislər Kubokunun son qalibi yarışda iştirak etmək üçün büdcəsindən 4 milyon 652 min 848 dollar ayırlmalıdır. Bu da 2021-ci illə müqayisədə 170 min dollar çoxdur. Ötən mövsüm Maks Ferstappenin çempion olduğu “Red Bull” isə 3 milyon 813 min 645 dollar ödəyəcək. “Ferrari” isə 2 milyon 356 min 139 dollar xərcə düşəcək. Bu mənada daha az xərc çəkəcək komanda isə “Haas” olacaq. Amerika Birləşmiş Ştatlarını təmsil edəcək komanda 556 min 509 dollarından keçməli olacaq. Xatırladaq ki, Formula 1-də hər komanda standart üzvlük haqqı ödəməlidir. Sadəcə, bununla yanaşı komandalar son mövsümdə topladağı xallara görə də əlavə ödəniş etməlidir.