Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura start veriləcək.
İlk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Keşlə” “Zirə”ni qəbul edəcək. Turun mərkəzi oyunu isə “Neftçi” ilə “Qarabağ” arasında baş tutacaq.
Tura sabah keçiriləcək “Sabah” - “Qəbələ” və “Səbail” - “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
15-ci tur
7 fevral
“Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev.
Bakı. “ASK Arena”, 16:00.
“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev.
Bakı. “Bakcell Arena”, 19:00.