Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
90 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib yaponiyalı Sanşiro Murao olub.
Mehdiyev qarşılaşmadan məğlubiyyətlə ayrılaraq, gümüş medal qazanıb.
Uşangi Kokauri də Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.
100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən gürcüstanlı legioner finalda monqolustanlı Tsetsentsengel Odxuuya uduzub.